İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb
# 06 oktyabr 2015 09:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İrandan Azərbaycana gələn vətəndaşın daxili orqanından tiryək və metamfetamin aşkar edilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Natiq Əliyevin üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 4 ədəd bükümdə, xalis çəkisi 99,115 qram olan narkotik vasitə - tiryək, 2 ədəd bükümdə isə ümumi xalis çəkisi 17,163 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR