Alı Mustafayev küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alı Mustafayev küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 30 oktyabr 2015 10:48 (UTC +04:00)

Bakı - APA-Economics. Magistral istilik xəttində baş vermiş qəzanın aradan qaldırılması üçün noyabrın 4-də Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 ünvanında qazıntı işləri aparılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, qəza bərpa işlərinin 1 gün müddətinə yekunlaşdırılması nəzərdə tutulub.

Qazıntı işləri "Azəristiliktəchizat" ASC tərəfindən aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR