Xaçmazda çaqqallar 77 yaşlı qadına hücum edib

Xaçmazda çaqqallar 77 yaşlı qadına hücum edib
# 29 iyun 2016 12:58 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda 77 yaşlı qadın çaqqal sürüsünün hücumuna məruz qalıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Niyazabad kənd sakini 77 yaşlı Qızbəs İmaməliyeva həyətyanı sahəsində işləyərkən çaqqallar ona müxtəlif xəsarətlər yetirib.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadın əməliyyat olunub. Hazırda vəziyyəti kafidir.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR