Neftçalada 12 yaşlı uşaq intihar edib

Neftçalada 12 yaşlı uşaq intihar edib
# 26 iyun 2016 15:43 (UTC +04:00)

Neftçala -Əlibəy Zeynallı. Neftçala rayonunda 12 yaşlı uşaq intihar edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Mikayıllı kənd sakini, 12 yaşlı Orxan Şamil oğlu Hüseynov bu gün axşam tərəfi yaşadığı evin həyətindəki damda özünü asaraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR