Bakıda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatları məlum olub - FOTO - YENİLƏNİB - VİDEO

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatları məlum olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 11 dekabr 2014 03:15 (UTC +04:00)

APA-nın məlumatına görə, "VAZ 2106" markalı avtomobilin sürücüsü qəsəbədən şəhər istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirərək yol kənarında dayanan “MAZ” markalı yük maşınına çırpılıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəliblər. Onlar, xüsusi alət avadanlıqların köməyi ilə avtomobildə sıxılıb qalan 1966-cı il təvəllüdlü Saxəddin Hacıyevin, 1977-ci il təvəllüdlü Qüdrət İsgəndərovun və 1993-cü il təvəllüdlü Cəlal İbiyevin cəsədini çıxarıblar. 1993-cü il təvəllüdlü Vüqar Hüseynov isə qəzadan yaralı olaraq qurtulub.

İlkin ehtimala görə, qəzaya yüksək sürət və yolun qaranlıq olması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

***

21:39

Bakı – APA. Bakıda ağır yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunda “MAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıb. Hadisə yerində “VAZ” avtomobilinin sürücüsü və iki nəfər şəxsiyyəti məlum olmayan sərnişinlərin cəsədi aşkar olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:21-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR