Şəki Sərhəd Dəstəsinin 20 illiyi münasibəti ilə təntənəli tədbir keçirilib - FOTO

Şəki Sərhəd Dəstəsinin 20 illiyi münasibəti ilə təntənəli tədbir keçirilib  - <span style="color: red;">FOTO
# 13 iyul 2015 13:20 (UTC +04:00)

Bakı - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Şəki Sərhəd Dəstəsində hərbi hissənin yaradılmasının 20 illik yubileyi münasibəti ilə təntənəli tədbir keçirilib.

DSX-nın Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə DSX rəisinin müavini, general-mayor Azad Ələkbərov iştirak edib.

Dövlət Himni səsləndikdən sonra DSX rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin təbriki çatdırılıb.

Tədbirdə ölkənin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsində qaldırılması, dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğu qeyd edilib.

Respublikanın şimal sərhədlərinin keşiyində dayanan, yarandığı ilk vaxtlar heç bir zəruri sərhəd infrastrukturuna malik olmayan Şəki Sərhəd Dəstəsinin ötən dövr ərzində böyük inkişaf yolu keçərək formalaşması və dövlət sərhədinin etibarlı mühafizəsinin təşkilində yüksək nailiyyətlər əldə edildiyi vurğulanıb.

Tədbirin sonunda xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltifləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR