Nazir müavini: Azərbaycanın borclanma şərtləri 50%-dən 5%-ə, yoxsulluğun səviyyəsi isə 5%-ə düşüb

Nazir müavini: Azərbaycanın borclanma şərtləri 50%-dən 5%-ə, yoxsulluğun səviyyəsi isə 5%-ə düşüb
# 05 may 2015 08:45 (UTC +04:00)

Bakı. Musa Əhmədov, Yeganə Laçınzadə - APA-Economics. Son 10 ildə Azərbaycanda iqtisadiyyat 3 dəfə, dövlət büdcəsi 5 dəfə, ixrac 6,6 dəfə artıb.

APA-Economics”in xəbərinə görə, bunu Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində keçirilən “Mərkəzi Asiya, Cənubi Qafqaz və Gələcək Regional Əməkdaşlıq və İnteqrasiya” mövzusunda seminarında Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycanın borclanma şərtləri 50%-dən 5%-ə, eləcə də yoxsulluğun səviyyəsi 5%-ə düşüb.

Nazir müavini qeyd edib ki, 2003-cü ildə Azərbaycanda neft sektorunun ÜDM-də çəkisi 63% idisə, indi bu göstərici 37% təşkil edir. S.Babayev əlavə edib ki, bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatında artım 5,3%, o cümlədən qeyri-neft sektorunda 7% təşkil edib.

Azərbaycanın çox gənc ölkə olduğunu deyən S.Babayev ölkədə dövlət borcunun ÜDM-in 10%-dən aşağı olduğunu və cari ehtiyatların dövlət borcu səviyyəsini 5 dəfə üstələdiyini qeyd edib.

“Azərbaycan iqtisadiyyatın şaxələndirilməsini hədəfləyib. Əlbəttə ki, istiqamət düzgün seçilib. Biz təkcə bir məhsuldan asılı olmamalıyıq, qeyri-neft ixracını artırmalıyıq. Bir sözlə, həm iqtisadiyyatı, həm də ixracı şaxələndirməliyik”, - deyə S.Babayev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR