Bu ilin 2 ayında bütün maliyyə mənbələrindən əsas kapitala 1,7 mlrd. manat vəsait yönəldilib

Bu ilin 2 ayında bütün maliyyə mənbələrindən əsas kapitala 1,7 mlrd. manat vəsait yönəldilib
# 14 mart 2015 08:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1697,5 mln. manat vəsait yönəldilib, onun 73,5%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 0,5%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 13,6% artıb.

Məhsul istehsalı obyektlərinin inşasına 1282,3 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 415,2 mln. manat vəsait yönəldilib, ümumi sərmayənin 36,4%-i dövlət, 63,6%-i isə qeyri-dövlət müəssisələrinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 52,2%-ni təşkil edib, onun 64,9%-i dövlət bölməsinin payına düşüb. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 1146,5 mln. manat, bank kreditləri 63,1 mln. manat, büdcə vəsaitləri 394,9 mln. manat, büdcədənkənar fondların vəsaitləri 59,5 mln. manat, əhalinin şəxsi vəsaitləri 5,3 mln. manat, sair vəsaitlər 28,2 mln. manat təşkil edib.

2015-ci ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 58,2%-i sənaye sahələrinin inkişafına, 14,7%-i tikintiyə, 7,2%-i nəqliyyat və anbar təsərrüfatına, 6,4%-i istirahət, əyləncə və incəsənətə, 2,6%-i kənd təsərrüfatına, 2,3%-i dövlət idarəetməsinə, hər birində 2% olmaqla informasiya və rabitəyə, səhiyyəyə, 1,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, 1,4%-i təhsilə, 0,8%-i inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 0,6%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara, 0,2%-i ticarətə sərf edilib.

2015-ci ilin yanvar-fevral aylarında neft bölməsinə 893,8 mln. manat həcmində vəsait yönəldilib. Qeyri-neft bölməsinin inkişafına sərf edilmiş 803,7 mln. manatlıq vəsaitin 94,5 mln. manatı (ümumi sərmayənin 5,6%-i) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib. Qeyri-neft bölməsinə yönəldilmiş vəsaitin 66,4%-i dövlət müəssisə və təşkilatlarının payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR