“Günay Bank” səhmlərinin yerləşdirilməsinə başlayır

“Günay Bank” səhmlərinin yerləşdirilməsinə başlayır
# 25 sentyabr 2014 12:54 (UTC +04:00)

Bakı - APA-Economics. Oktyabr ayının 1-dən Bakı Fond Birjasında (BFB) “Günay Bank” ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılır.

BFB-dan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın məbləği 49 mln. 982 min 350 manat, qiymətli kağızın miqdarı 10 min 450 ədəd, nominal dəyəri 4 783 manat təşkil edir.

Qeyd edək ki, səhmlərin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR