“Unibank” kredit faizlərini endirib

“Unibank” kredit faizlərini endirib
# 10 iyul 2015 15:51 (UTC +04:00)

Bank. Aqşin Rafiqoğlu - APA-Economics. “Unibank” kreditə görə komissiyaları 1%-ə salaraq, istehlak kreditləri üzrə illik faiz dərəcələrini xeyli endirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Unibank”ın müştəriləri, eləcə də bankdan nağd kredit götürmək istəyən digər vətəndaşlar artıq bank filiallarından daha aşağı faizlərlə kredit götürə biləcəklər.

Bu gündən bankda kredit faizləri kreditin müddətindən və valyutasından, müştərinin rəsmi gəlirindən və kredit tarixçəsindən asılı olaraq manat üzrə 25% ilə 29%, dollarla olan kreditlərdə isə 23% ilə 29% arasında dəyişir.

Hazırda “Unibank”da “0% komissiyalı kredit “ kampaniyası davam edir. Kampaniya çərçivəsində 11 iyuladək Daxili İşlər Nazirliyinin əməkdaşları, dövlət qulluqçuları və hərbiçilər bank filiallarına müraciət edərək, komissiyasız nağd kredit əldə edirlər. Bu aksiya həm manat, həm də dollar kreditlərinə şamil olunur.

“Unibank” hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR