Meksikada cinayətkarlar deputatı sürücüsü ilə birlikdə qətlə yetirərək yandırıblar

Meksikada cinayətkarlar deputatı sürücüsü ilə birlikdə qətlə yetirərək yandırıblar
# 24 sentyabr 2014 03:58 (UTC +04:00)

Bakı-APA. Meksikada polis əməkdaşları avtomobildə yerli konqresmen və onun sürücüsünün yandırılmış cəsədlərini aşkarlayıb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Meksikanın hakim Demokratik İnqilab Partiyasının üzvü Qabriel Qomes Miçel bir gün əvvəl sürücüsü ilə birlikdə naməlum silahlı şəxslər tərəfindən oğurlanıb. Silahlılar onun avtomobilini Xalisko ştatındakı Qvadalaxar şəhəri yaxınlığında saxlayıblar.

Hazırda polis cinayətin səbəblərini araşdırır. Cinayətkarların müəyyən olunaraq saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR