"Azərsu" Bakıda keçirilən təhsil və karyera sərgisində təmsil olunur

"Azərsu" Bakıda keçirilən təhsil və karyera sərgisində təmsil olunur
# 10 oktyabr 2014 15:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərsu” ASC Bakı Ekspo Mərkəzində açılmış VIII Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisində təmsil olunur.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, “Iteca Caspian LLC” və “Caspian Event Organisers” şirkətlərinin təşkilatçılığı, Təhsil Nazirliyinin və digər qurumların dəstəyi ilə təşkil olunmuş sərgidə “Azərsu” ASC-nin xüsusi stendi quraşdırılıb.

“Azərsu” tərəfindən sərgiyə 13 vəzifə və 4 peşə üzrə vakant iş yerləri çıxarılıb. Vakant iş yerləri əsasən su təchizatı və kanalizasiya mühəndisliyi, energetik, mexanik, kimya mühəndisliyi, metrologiya, inşaat mühəndisliyi və digər ixtisaslar üzrə olub. Stendə maraqlanan şəxslərə “Azərsu” ASC-nin fəaliyyəti və vakansiyalar barədə məlumatlar verilib. Səhmdar Cəmiyyətin vakant iş yerləri gənclər tərəfindən maraqla qarşılanıb. Sərginin ilk günündə 200-dək vətəndaş “Azərsu”da işləmək arzusunu bildirib və şəxsi məlumatlarını təqdim ediblər.

Sərgi təhsil seçimi, ixtisasartırma, işaxtaranlarla birbaşa təmas yaratmaq, onları müvafiq sahələrə istiqamətləndirmək, peşəkar mütəxəssisləri cəlb etmək və məşğulluğun təmin edilməsi baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, sərgidə 20 ölkəsindən 122 iştirakçı xüsusi stendlə iştirak edir. qatılıb. Sərgi oktyabrın 12-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR