Bakının mərkəzində iki qadını vuran sürücü həbs edilib

Bakının mərkəzində iki qadını vuran sürücü həbs edilib
# 04 may 2015 08:10 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda yol qəzası törədən sürücü saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 25-də saat 23:20 radələrində Neftçilər prospektində naməlum sürücü idarə etdiyi “Hyundai-Elantra” markal avtomobillə Bakı şəhər sakinləri - Esmira Məmmədova və Leyla İsmayılovanı vurub. Esmira Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Şərur rayon sakini, 1986-cı il təvəllüdlü Xəqani Həsən oğlu Qəribov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR