Qaxda sərnişin avtobusu ilə minik maşını toqquşub,  5 nəfər xəsarət alıb - FOTO - VİDEO

Qaxda sərnişin avtobusu ilə minik maşını toqquşub,  5 nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 31 avqust 2014 14:05 (UTC +04:00)

Belə ki, 1949-cu il təvəllüdlü, Şəki rayonu Baş Göynük kənd sakini Məmməd Kərim oğlu Əmrahovun idarə etdiyi “LAZ” markalı 02 BC 942 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə Mingəçevir şəhər sakini, 1979-cu il təvəllüdlü Zaur Firuz oğlu Məmmədovun idarə etdiyi “VAZ 21015” markalı 46 BG 615 dövlət nömrə nişanlı minik maşını toqquşub.

Sərnişin avtobusu aşıb, minik maşını isə deformasiyaya uğrayıb. Baş vermiş qəza nəticəsində “VAZ-21015”ın sürücüsü Zaur Məmmədov, onun sərnişinləri, Mingəçevir şəhər sakinləri, 1982-ci il təvəllüdlü Elnar Şeyx oğlu Rəcəbov və 1977-ci il təvəllüdlü Fərqan Aydın oğlu Əmranov yaralanıblar. Avtobusda olan sərnişinlərdən isə Şəki rayonu Baş Göynük kəndinin sakinləri, 1950-ci il təvəllüdlü Ceyran Süleyman qızı Ağasıyeva və 1959-cu il təvəllüdlü Sevda Cəfər qızı Əmrahova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Qax RMX-dan APA-ya verilən məlumata görə, yaralılardan Fərqan Əmranov, Zaur Məmmədov və Elnar Rəcəbov xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər. Hazırda onların vəziyyəti orta-ağır hesab olunur. Ceyran Ağasıyeva və Sevda Əmrahovanın xəsarəti yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, sərnişin avtobusunda 15 nəfər sərnişin olub, onlar Şəkinin Baş Göynük kəndindən Qax rayonunun Turaclı kəndinə yas mərasiminə gedirlərmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR