SOCAR Novorossiysk limanında xam neftin ixracını artırıb

SOCAR Novorossiysk limanında xam neftin ixracını artırıb
# 01 sentyabr 2015 13:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin avqust ayında Novorossiysk limanından 84 913 ton xam neft ixrac edib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,18% çoxdur.

Ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində Novorossiysk limanından 930 671 ton xam neft ixrac olunub ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 37,31% artıb.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR