“NBC Bank” nizamnamə kapitalını artırır

“NBC Bank” nizamnamə kapitalını artırır
# 20 noyabr 2014 09:22 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. "NBC Bank" 5 mln. 2,326 min manat məbləğində səhmin əlavə emissiyası hesabına nizamnamə kapitalını 10,7% - 51 mln. 538,426 min manata qədər artırmağı planlaşdırır.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, komitə bankın səhmlərinin əlavə emissiya prospektini qeydiyyata alıb.

Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 243,6 manat olan 20,535 min ədəd səhmə bölünüb.

Bankın nizamnamə kapitalı 46 mln. 536,1 min manata bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR