Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının yeni tərkibini təsdiqlənib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının yeni tərkibini təsdiqlənib
# 17 mart 2015 10:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyasının yeni tərkibini təsdiqləyib.

APA-nın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib.

Kollegiyanın sədri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Kollegiyanın üzvləri isə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Dövlət Komitəsinin Aparat rəhbəri Oqtay Hüseynov, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ümumi şöbəsinin müdiri Alim Süleymanovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR