Bişkekdə MDB hökumət başçılarının iclası ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir

Bişkekdə MDB hökumət başçılarının iclası ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir
# 30 may 2016 12:13 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. MDB hökumət başçılarının Bişkekdə keçiriləcək iclası ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir.

APA-nın RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin patrul milisi baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, iyunun 6-7-də MDB Hökumət Başçıları Şurasının nümayəndələri Qırğızıstanda rəsmi səfərdə olacaqlar: “Respublika ərazisinə silah, döyüş sursatı, partlayıcı vasitə, güclü zəhərləyici və narkotik vasitələr, ekstemist xarakterli ədəbiyyat nümunələrinin gətirilməsinin qarşısını almaq məqsədilə həmin müddətdə səyyar və stasionar postlarda patrul milisləri gələn və gedən nəqliyyat vasitələrinə baxış həyata keçirəcək”.

Xatırladaq ki, iyunun 7-də tarixində keçiriləcək iclas zamanı MDB məkanında müxtəlif sahələrdə gələcək əməkdaşlığın genişlənməsi və dərinləşməsinə yönələn 20-yə yaxın sənəd layihəsinə baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR