Lənkəranda avtomobil suötürücü kollektora düşüb, iki nəfər xəsarət alıb

Lənkəranda avtomobil suötürücü kollektora düşüb, iki nəfər xəsarət alıb
# 09 iyul 2016 05:21 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında Ələt-Astara magistralının 202-ci kilometrliyində, Digah kəndi ərazisində qeydə alınıb.

Lənkəranın Digah kənd sakini, 35 yaşlı Raqib Ramazanov idarə etdiyi “VAZ-21003” markalı, 42 BC 734 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı suötürücü kollektora düşməklə, eyni zamanda beton divara çırpılıb.

Güclü zərbədən sürücü və onun yanındakı sərnişin, rayonun Sütəmurdov kənd sakini, 24 yaşlı Vüsal Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin versiya kimi qəzanın avtomobilin sürücüsünün düzgün ötmə əməliyyatı aparmaması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Daxili İşlər Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR