Tanışını boğaraq öldürən qadın 8 il müddətə azadlıqdan məhrum edilib

Tanışını boğaraq öldürən qadın 8 il müddətə azadlıqdan məhrum edilib
# 18 dekabr 2014 14:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Sevinc Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən S. Hüseynova 8 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin martın 29-da Sevinc Hüseynova tanışı Yasəmən Salıyevanın mənzilinə gələrək, onu kapron corabla boğaraq öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR