Fransa və Rusiya prezidentləri arasında görüş 2 saatadək davam edib

Fransa və Rusiya prezidentləri arasında görüş 2 saatadək davam edib
# 06 dekabr 2014 18:37 (UTC +04:00)

Bakı-APA. Fransa və Rusiya prezidentləri arasında Moskvanın “Vnukovo-2” aeroportunda baş tutmuş görüş 2 saatadək davam edib.

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, Vladimir Putin görüşdən razı qaldığını və konstruktiv olduğunu qeyd edib.

Dövlət başçıları Suriyadakı vəziyyəti, İranın nüvə proqramını və Ukraynadakı böhranı müzakirə ediblər.

Tərəflər Fransa və Rusiyanın gərgin vəziyyətdən çıxış yolu tapacaqlarına ümid etdiklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR