Bakı. Türbət Bağırova - APA. “Cənubi Qafqaz zonasında münaqişələrin tənzimlənməsi nöqteyi-nəzərindən NATO-nun təsir imkanları məhduddur”.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Ermənistandakı səfiri Matias Kisler “NATO-nun Varşava sammiti: Ermənistan üçün nəticələr” mövzusunda keçirilən müzakirələrdə deyib.
M. Kisler bildirib ki, Şimali Atlantika alyansı heç vaxt bilavasitə Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb olunmayıb: “NATO-nun heç vaxt bununla bağlı niyyəti olmayıb. Bunun üçün ATƏT-in Minsk qrupu kimi format mövcuddur”.