BMT baş katibi ilk dəfə olaraq Şimali Koreyaya səfər edəcək

BMT baş katibi ilk dəfə olaraq Şimali Koreyaya səfər edəcək
# 18 noyabr 2015 04:26 (UTC +04:00)

Bakı-APA. BMT baş katibi Pan Qi Mun noyabrın 23-də Şimali Koreyanın paytaxtı Pxenyana səfər edəcək. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Şimali Koreyanın dövlət xəbər agentliyi məlumat yayıb. Məlumata görə, baş katibin KXDR-ə səfəri bir neçə gün davam edəcək.

Bundan əvvəl Cənubi Koreyanın “Renhap” agentliyi də Pan Qi Munun Şimali Koreyaya BMT baş katibi qismində səfər edəcəyi barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR