Ermənistanda baş nazirin Kim Kardaşyanı qəbul etməsinə etiraz olaraq aksiya keçiriləcək

Ermənistanda baş nazirin Kim Kardaşyanı qəbul etməsinə etiraz olaraq aksiya keçiriləcək
# 10 aprel 2015 13:08 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistanda bəzi fəallar erməni əsilli amerikalı, model, realiti-şou ulduzu Kim Kardaşyanın baş nazir Ovik Abramyan tərəfindən dövlət səviyyəsində qəbul edilməsinə etiraz ediblər.

APA-nın “1in.am” saytına istinadən verdiyi məlumata görə, “Ermənistan Sosial Hərəkatı” və “Milli Dəyərlərin Qorunması Cəbhəsi” sabah hökumət binasının qarşısında aksiya keçirəcək və baş nazirə Kim Kardaşyanı dövlət səviyyəsində qəbul edərək ölkənin dəyərlər sistemini təhlükə altına alması ilə bağlı məktub ünvanlanacaq. “Bütün həyatı boyu Kim Kardaşyan erməni qadını obrazını, erməni dəyərlərini tapdalayıb, ənənəvi erməni qadını obrazını ləkələyib. Bu gün biz onu milli dəyərlər çərçivəsində, duz-çörəklə qarşılayırıq. Daha sonra onu dövlət səviyyəsində Ermənistanın baş naziri qəbul edir. Biz Ermənistan adının bütün dünyaya tanıdılması istiqamətində əlimizdən gələni etməliyik. Ancaq hər şeyin həddi var. Gəlin, bizim dəyərlər sistemimizi unutmayaq və Ermənistanda pornoulduzu reklam etməklə bu dəyərləri təhlükə altına atmayaq”,- deyə aksiya ilə bağlı yayılan bəyanatda deyilir.

Xatırladaq ki, erməni əsilli amerikalı realiti-şou ulduzu, model Kim Kardaşyan ailəsi ilə aprelin 8-də Ermənistana ilk səfərini edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR