YAP-çı millət vəkilləri Ankarada müalicə olunan yaralı Azərbaycan əsgərlərini ziyarət ediblər - FOTO

YAP-çı millət vəkilləri Ankarada müalicə olunan yaralı Azərbaycan əsgərlərini ziyarət ediblər - <span style="color: red;">FOTO
# 28 avqust 2014 13:22 (UTC +04:00)

YAP-dan APA-ya verilən məlumata görə, görüşdə əsgərlər Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə salamlarının çatdırılmasını xahiş ediblər.

Deputatlar onların səhhəti ilə maraqlanıblar və əsgərlər onlara yaxşı diqqət göstərildiyini bildiriblər. Onlar bildiriblər ki, Türkiyədə onların müalicəsi ilə bağlı bütün şərait yaradılıb və bundan sonra da Vətənimizin müdafiəsi üçün döyüşməyə hazırdırlar.

Xatırladaq ki, təcavüzkar Ermənistanın hərbi birləşmələrinin hücumları zamanı yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin üç əsgəri - Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da təyyarə ilə Türkiyəyə müalicəyə aparılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR