Azərbaycan Beynəlxalq Bankı dünyanın ən iri 1000 bankı sırasında yer alıb

Azərbaycan Beynəlxalq Bankı dünyanın ən iri 1000 bankı sırasında yer alıb
# 04 avqust 2014 08:38 (UTC +04:00)


Bakı. Pərviz Nuriyev - APA-Economics. Böyük Britaniyanın “The Banker” jurnalının reytinqinə əsasən, Azərbaycan Beynəlxalq Bankı (ABB) dünyanın ən iri və dayanıqlı 1000 bankı siyahısında kapitalın həcminə görə 776-cı yeri alıb.


Bankdan “APA-Economics”ə verilən məlumata görə, əvvəlki reytinqlə müqayisədə ABB 134 pillə irəliləyib. Aktivlərin həcminə görə ABB 722-ci, kapitalın yetərliliyi əmsalına görə 546-cı, kapitalın gəlirliliyinə görə 447-ci, aktivlərin gəlirliliyinə görə 520-ci yeri tutub.

Qeyd edək ki, “The Banker” jurnalı “The Financial Times” LTD-yə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR