Xudatda 54 yaşlı qadının meyiti hamamda tapılıb

Xudatda 54 yaşlı qadının meyiti hamamda tapılıb
# 20 noyabr 2015 12:29 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Xaçmaz rayonu, Xudat şəhərində ölüm hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xudat şəhər sakini, 1961-ci il təvəllüdlü Məmmədova Güləbatan Qafar qızının meyiti yaşadığı evin hamamından tapılıb. Onun ürək tutmasından və yaxud dəm qazından öldüyü məlum deyil.

Ölümün səbəbləri aparılan tibbi ekspertizanın nəticələrindən sonra məlum olacaq.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR