“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu”nda qeydə alınan arxeoloji abidələrin sayı 17-ə çatıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu”nda qeydə alınan arxeoloji abidələrin sayı 17-ə çatıb
# 04 may 2015 12:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu”nda qeydə alınan arxeoloji abidələrin siyahısına 17 arxeoloji abidənin adı əlavə edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarında əksini tapıb. Qərara əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu”ndakı arxeoloji abidələrin siyahısına Müqəddəs Varfolomey kilsəsinin qalıqları, “Qazi Fəzlullah bin Osman” məscidinin qarşısındakı su quyusu, Təsərrüfat quyusu (Dördbucaqlı qalasının yanı), XII-XV əsrlərə aid 10 kəhriz quyusu, XVII-XVIII əsrlərə aid tikinti qalıqları (H.Rzayeva 13 ünvanında) əlavə edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarında İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu”nda 3 arxeoloji abidənin qeydiyyatda olduğu əksini tapıb. Bura Ovdan (Qala döngəsi, 7/9, XV əsr), su anbarı və yeraltı yol (Kiçik Qala döngəsi 13, XIV əsr), su kəməri və kanalizasiya (Bazar meydanının yanında, XII-XVII əsr) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR