Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonu qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonu qəbul edib
# 02 oktyabr 2014 14:38 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonu qəbul edib. APA-nın xəbərinə görə, dövlət başçısı Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumda Rusiya nümayəndə heyətinin Federasiya Şurası sədrinin başçılığı ilə iştirakını bu tədbirə verilən mühüm əhəmiyyət kimi dəyərləndirib.

Prezident İlham Əliyev forumla bağlı təbriklərinə görə Rusiya prezidenti Vladimir Putinə onun təşəkkürünü çatdırmağı Valentina Matviyenkodan xahiş edib. O, bir neçə gün əvvəl Həştərxanda Rusiya dövlət başçısı ilə görüşü zamanı iki ölkə arasında münasibətlərin çox müsbət, dinamik inkişaf etməsinin, əməkdaşlığın bütün sahələri əhatə etməsinin, iqtisadi sahədə ticarət dövriyyəsinin artmasının vurğulandığını diqqətə çatdırıb və parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində önəmini vurğulayıb.

V. Matviyenko isə prezident Vladimir Putinin salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb. O, Bakıda gördüklərinin nümayəndə heyəti üzvlərində dərin təəssürat yaratdığını vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR