Gəncədə ana və azyaşlı övladını maşın vurub

Gəncədə ana və azyaşlı övladını maşın vurub
# 14 noyabr 2014 08:49 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində, Heydər Əliyev prospektində baş verib. Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü İntizar Xəlilova və onun azyaşlı qızı, 2010-cu il təvəllüdlü Fatimə Xəlilova yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Uşağın vəziyyəti ağır olduğuna görə reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR