Şəkidə iki maşın toqquşub, yaralılar var - YENİLƏNİB

Şəkidə iki maşın toqquşub, yaralılar var - <span style="color: red;">YENİLƏNİB
# 12 aprel 2015 16:38 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə baş verən yol qəzasında biri ağır olmaqla üç nəfər xəsarət alıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, 1990-cı il təvəllüdlü, Şəki rayon Kiş kənd sakini Əldo Akif oğlu Əhmədlinin idarə etdiyi "Mercedes" markalı 45 BE 340 dövlət nömrə nişanlı avtomobillə 1989-cu il təvəllüdlü Şəki rayonu Oxut kənd sakini Vüqar Bəhyəddin oğlu Qüvvətovun idarə etdiyi "VAZ 21010" markalı 09 BH 291 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və "VAZ 21010"də olan sərnişin, 1997-ci il təvəllüdlü Pərvanə Nizami qızı Mürsəlli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.


Şəki RMX-dan APA-ya bildirilib ki, Vüqar Qüvvətovun vəziyyəti ağır, digərlərinin isə orta-ağır qiymətləndirilir.


Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində "VAZ 21010" markalı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Vüqar Qüvvətovu çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

***

18:41

Bakı-APA. Şəki rayonunda "Mercedes" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə nazirliyin xilasetmə qüvvələri cəlb olunub.

"VAZ" markalı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sürücünü avtomobildən çıxararaq, təhvil veriblər.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR