Bakıda itkin düşən 9 yaşlı oğlan Masallıda tapılıb

Bakıda itkin düşən 9 yaşlı oğlan Masallıda tapılıb
# 30 aprel 2015 08:28 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda itkin düşən məktəbli tapılıb.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü İlham Kiçikbəyovun itkin düşməsi barədə aprelin 28-i polisə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Kiçikbəyov aprelin 29-da Masallı rayonunda tapılaraq ailəsinə təhvil verilib.

Polisdən İ. Kiçikbəyovun 3-cü sinif şagirdi olduğu bildirilib.

Hazırda uşağın Masallıya necə getməsi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR