Sabirabadda dayısını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub - VİDEO

Sabirabadda dayısını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub  - <span style="color: red;">VİDEO
# 02 may 2015 07:43 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabadda dayısını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Sabirabad Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, 16 yaşlı Hacıyev Cavad Cabir oğlu rayonun Yaxa Dəllək kəndi ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, ötən gün Sabirabad rayonunun Yaxa Dəllək kəndində qətl hadisəsi baş verib.

Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 1999-cu il təvəllüdlü Hacıyev Cavad Cabir oğlu dayısı - həmin kəndin sakini, 1972-ci il təvəllüdlü Hacıyev Vüqar Poladxan oğlunu bıçaqlayaraq qaçıb. V. Hacıyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR