Eşton Karter: “ABŞ Rusiyanın Asiya-Sakit okeanı təhlükəsizlik sistemində iştirakına ümid edir”

Eşton Karter: “ABŞ Rusiyanın Asiya-Sakit okeanı təhlükəsizlik sistemində iştirakına ümid edir”
# 04 iyun 2016 04:37 (UTC +04:00)

Bakı-APA. Rəsmi Vaşinqton Rusiyanın Asiya-Sakit okeanı regionunun təhlükəsizlik sistemində iştirakına ümid edir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəhbəri Eşton Karter bəyan edib.

“Biz Rusiyanın Asiya-Sakit okeanı regionunda iştirakının əleyhinə deyilik. Xüsusilə, Şimali Koreya ətrafında yaranan vəziyyətlə əlaqədar Rusiyanın konstruktiv rolunu qeyd etmək istərdim. Bu istiqamət üzrə əməkdaşlığımızdan olduqca razıyıq”, deyə E.Karter bildirib.

Eyni zamanda E.Karter bildirib ki, ABŞ-la Asiya-Sakit okeanı regionu dövlətləri Rusiya və Çinin regionda ekspansiv siyasətinin, həmçinin iqlim dəyişikliyinin qarşısını almaq üçün birgə səy göstərməlidirlər.

Qeyd edək ki, Eşton Karter Asiya-Sakit okeanı regionunda təhlükəsizliyə dair beynəlxalq konfransda iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR