Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 13 sm artıb

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 13 sm artıb
# 10 aprel 2015 09:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-150, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, aprelin 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 375 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 226 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 109 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 84 m3/s təşkil edərək ongünlük normanın 61 faizinə bərabər olub.

Aprelin 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Kür çayının Surra məntəqəsində 9, Şirvanda 36, Salyanda 29, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə 7 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 307 sm, Şirvanda 175 sm, Salyanda 148 sm, Bankədə 178 sm, Araz çayının Novruzlu məntəqəsində isə 43 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR