Şagirdlər VII sinif üzrə dərslikləri elektron formada əldə edəcək

Şagirdlər VII sinif üzrə dərslikləri elektron formada əldə edəcək
# 24 noyabr 2014 08:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalında VII sinif üzrə elektron dərsliklər yerləşdirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda portalda ümumilikdə 20 elektron dərslik var. Artıq istifadəçilər VII sinif üzrə elektron dərslikləri də portaldan epub, oflayn və onlayn formatda yükləyə bilərlər.

Bu günə qədər saytdan istifadə edənlərin ümumi sayı 16 591, o cümlədən Bakı şəhəri üzrə 5199, Sumqayıt şəhəri üzrə 1275, Gəncə şəhəri üzrə 567 nəfərdir.

Portaldan daha çox VI sinif üzrə Azərbaycan dili (2932), riyaziyyat (2427), biologiya (2368) və ingilis dili (1857) dərsliklərindən istifadə olunub. 10 242 nəfər (62 faiz) istifadəçi onlayn, 3289 nəfər (20 faiz) oflayn, 3060 nəfər isə (18 faiz) epub formatda elektron dərsliklərdən yararlanıb.

Qeyd edək ki, cari ilin sonuna qədər II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik də portalda yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR