® “Bakcell” “Ulduzum” proqramının 500 000-ci abunəçisini və ən aktiv 10 istifadəçisini mükafatlandırıb

<font color=red>® </font>“Bakcell” “Ulduzum” proqramının 500 000-ci abunəçisini və ən aktiv 10 istifadəçisini mükafatlandırıb
# 25 avqust 2014 15:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “Ulduzum” proqramına qoşulan 500 000-ci abunəçini və bu faydalı proqramdan ən aktiv istifadə edən 10 abunəçisini müəyyən edərək mükafatlandırıb.

Şirkətdən “APA–Economics”ə verilən məlumata görə, “Ulduzum” proqramının 500 000-ci abunəçisinə İngiltərənin Mançester şəhərində futbol matçını izləmək üçün 2 nəfərlik səyahət paketi hədiyyə verilib. “Ulduzum” proqramının ən aktiv 10 istifadəçisinə də dəyərli hədiyyələr təqdim olunub.

Aktiv abunəçilərdən biri Tural Məmmədov proqram barədə bunları deyib: “Zənnimcə, “Ulduzum” proqramının ən üstün cəhəti onun istifadə üçün çox asan olmasıdır. “Ulduzum”un bir çox partnyorlarında endirimlərdən faydalanıram. Rahatı odur ki, ödəniş vaxtı endirim almaq üçün cəmi bir neçə saniyə vaxt sərf edirsən”.

Nigar Əsədullayeva da “Ulduzum” proqramının ən aktiv 10 istifadəçisi sırasında olmasından məmnundur. “Xərclərimə qənaət etməyi xoşlayıram. Taksi xidmətindən mütəmadi istifadə edirəm. “Ulduzum” proqramına qoşulduqdan sonra taksi və digər xərclərimdə mühüm qənaət etdiyimin şahidi oldum. “Bakcell” şirkətinin bütün abunəçilərinə “Ulduzum” proqramı vasitəsilə müxtəlif yerlərdə endirimlər təqdim etməsini abunəçilərinə qayğı kimi dəyərləndirirəm”.

Qeyd edək ki, yaradıldığı gündən etibarən bir ildən az müddət ərzində “Ulduzum” proqramına yarım milyondan çox abunəçinin qoşulması və partnyorların müxtəlif təkliflərdən faydalanması bu proqramın uğurlu olmasının bir göstəricisidir.

“Ulduzum” proqramına üzv olmaq üçün “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq lazımdır.

Hazırda 120-dən çox partnyoru olan bu proqramın partnyorları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.

www.ulduzum.az saytında “Ulduzum” proqramının partnyorları siyahısı, onların təklif etdiyi endirimlər və daha ətraflı məlumatı əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR