Hüquq müdafiəçiləri saxlanma yerlərində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri saxlanma yerlərində monitorinq keçiriblər
# 27 oktyabr 2015 14:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov köməkçisi Rövşən Məmmədovla birlikdə Daxili İşlər Nazirliyinin İnzibati Qaydada Həbs Olunanların, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin və Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, İnzibati Qaydada Həbs Olunanların müvəqqəti saxlanma yerində 27 nəfər saxlanılır: “Saxlanılan şəxslər əsasən aliment ödəməyənlər, borclu olan şəxslərdir. Bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşlarının “Farklı Lahmacun” kafesində keçirdikləri əməliyyat zamanı saxlanılan şəxslərdən Sadiq Həsənov və Kamran Mustafayev də orada saxlanılır. Bu gün həbs müddətləri başa çatır. Onlar azadlığa buraxılacaqlar. Həmin hadisə ilə bağlı saxlanılan Anar Qədirov isə artıq azadlığa buraxılıb. Monitorinq zamanı saxlanılan şəxslərin hər hansı şikayəti olmadı. Bütün kameralara televizor qoyulub, istilik sistemi işləyir”.

E. Behbudov İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanma yerində isə saxlanılan şəxs olmadığını bildirib.

Hüquq müdafiəçisi Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində də monitorinq keçirdiklərini, hər hansı nöqsanlar qarşılaşmadıqlarını, öz tövsiyələrini verdiklərini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR