İran prezidenti Parisdəki terror aktları ilə əlaqədar Fransaya səfərini təxirə salıb

İran prezidenti Parisdəki terror aktları ilə əlaqədar Fransaya səfərini təxirə salıb
# 14 noyabr 2015 08:07 (UTC +04:00)

Bakı – APA. İran prezidenti Həsən Ruhani Fransaya səfərini təxirə salıb.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, buna səbəb Parisdə baş verən terror aktları olub.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, Parisdəki terror aktları səbəbindən H. Ruhaninin Fransa, İtaliya v Vatikana səfərləri təxirə salınıb. Onun sözlərinə görə, səfərlər başqa vaxt gerçəkləşdiriləcək.

Xatırladaq ki, Parisdə baş vermiş terror aktları nəticəsində 150-dən çox adam ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR