Rusiya XİN: Misirdəki səfirliyimiz qəzaya uğramış təyyarə ətrafında baş verənləri araşdırır

Rusiya XİN: Misirdəki səfirliyimiz qəzaya uğramış təyyarə ətrafında baş verənləri araşdırır
# 31 oktyabr 2015 10:26 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə M. Zaxarova "Facebook" hesabında yazıb: "Səfirliyimizin əməkdaşları "Koqalımavia" şirkətinə məxsus olan sərnişin təyyarəsi ətrafında baş verənləri araşdırır. Dəqiq informasiya əldə olunan kimi, KİV-ə açıqlama veriləcək".

Xatırladaq ki, bu gün göyərtəsində 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfərin olduğu "Koqalımavia" şirkətinə məxsus olan sərnişin təyyarəsi Misirdə qəzaya uğrayıb. "Reuters" agentliyi yazır ki, təyyarə tamamilə parçalanıb, göyərtədə olan 224 nəfərin hamısı ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR