Ukraynanın sabiq prezidenti Yanukoviçin oğlunun Baykal gölündə boğulduğu barədə məlumat yayılıb

Ukraynanın sabiq prezidenti Yanukoviçin oğlunun Baykal gölündə boğulduğu barədə məlumat yayılıb
# 23 mart 2015 07:40 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə bu ölkənin Novosibirskdəki baş konsulu Aleksandr Moskvitin bildirib.

Ukrayna mətbuatı daha öncə Baykal gölündə istirahətdə olan oğul Viktor Yanukoviçin ölməsi barədə məlumat yayıb. Məlumata əsasən, keçmiş prezidentin oğlu buzda qəza törədərək suda batan mikroavtobusun sükanı arxasında olub və suda boğulub. Onun ölümü ilə bağlı rəsmi məlumat daxil olmayıb.

Ötən gün Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Qeraşenko isə ölən şəxsin oğul Viktor Yanukoviç ola biləcəyini açıqlayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsinin məlumatına əsasən, martın 20-də Baykal hövzəsində Olxon adasının şimal qurtaracağında içərisində bir sürücü və 5 sərnişin olan mikroavtobus buzda batıb. Viktor Davıdov adlı Moskva sakininin hadisə yerində öldüyü barədə məlumat verilib.

Rusiya güc strukturlarından olan mənbə oğul Yanukoviçin başqa soyadla Rusiya ərazisində yaşadığı barədə ehtimalın olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR