Tiflisdə məmur iş yerində intihar edib

Tiflisdə məmur iş yerində intihar edib
# 06 iyun 2015 00:38 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın paytaxtında Probasiya xidmətinin rəisi Besik Tsxadadze iş yerində intihar edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, özünü tapança ilə vuran məmur xəstəxanada keçinib.

“Hadisənin səbəb və motivləri barədə müvafiq prosedurlardan sonra danışmaq mümkün olacaq”, insidenti şərh edən Gürcüstan baş prokurorunun müavini İrakli Şotadze deyib.

Faktla bağlı Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb.

İlkin ehtimala görə, intihar ailə münaqişəsi zəminində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR