Gəncə şəhər İcra Hakimiyyəti başçısına yeni müavinlər təyin edilib

Gəncə şəhər İcra Hakimiyyəti başçısına yeni müavinlər təyin edilib
# 19 mart 2015 15:10 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər İcra Hakimiyyəti başçısının yeni təyin edilən müavinləri ictimaiyyətə təqdim edilib.

APA-nın qərb bürosunun məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov başçının şəhər təsərrüfatı üzrə müavini təyin edilib. Onun yerinə Kəpəz rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev təyin olunub.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev müavinləri ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Nizami Hacıyev bir müddət əvvəl Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR