Kürdəmir sakini Şor kanalında batıb - VİDEO

Kürdəmir sakini Şor kanalında batıb - <span style="color: red;">VİDEO
# 05 iyun 2015 03:29 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin qaynar telefon xəttinə Şor kanalının Kürdəmir rayonu, Şilyan kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 100 km aralı, nəzarətsiz ərazidə) 1985-ci il təvəllüdlü, Novruzov Oruc Bağır oğlunun suda batması haqqında məlumat daxil olub. O.Novruzovun cəsədi batdığı yerdən 250 metr aralıda, “Aran” dalğıc axtarış qrupunun xilasedicilər tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Musavat.com-un məlumatına görə, Novruzov Oruc Bağır oğlu Müsavat partiyasının üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR