Xaçmazda səmti müəyyən etmə idman növü üzrə Azərbaycan çempionatı keçirilib - FOTO

Xaçmazda səmti müəyyən etmə idman növü üzrə Azərbaycan çempionatı keçirilib - <span style="color: red;">FOTO
# 09 noyabr 2015 09:32 (UTC +04:00)

Xaçmaz. Vəli Turan -APA. Xaçmaz rayonunda səmti müəyyən etmə idman növü üzrə açıq Azərbaycan çempionatı keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, çempionatda 14 komanda olmaqla 250-dək idmançı iştirak edib.

İdmançılar “Elit”, “Open” və “Junior” kateqoriyaları üzrə orta və uzun məsafədə mübarizə aparıblar.

Azərbaycanla yanaşı yarışda Latviya, Gürcüstan, Türkiyə və Ukraynadan da idmançılar iştirak edib. 2 saat ərzində keçən yarışda qalib gələn idmançılar diplom, medal və hədiyyələrlə təltif olunublar. Komanda şəklində yarışan “Neftçi” kollektivi birinci yerin sahibi olub.

Səmti müəyyən etmə idman növü ilk dəfə 1897-ci ildə Norveçdə təşkil edilib. Azərbaycanda isə bu idman növü 1995-ci ildən keçirilməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR