Milli Məclisin komitə sədri AŞPA-da “Təhlükəsizlik və sağlam əmək şəraitinin təmin edilməsi” adlı seminara qatılacaq

Milli Məclisin komitə sədri AŞPA-da “Təhlükəsizlik və sağlam əmək şəraitinin təmin edilməsi” adlı seminara qatılacaq
# 07 noyabr 2014 14:44 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Noyabrın 10-da Parisdə Avropa Sosial Xartiyası üzrə Avropa Şurası Parlament Assambleyasının alt komitəsinin “Təhlükəsizlik və sağlam əmək şəraitinin təmin edilməsi” mövzusunda seminarı keçiriləcək.

Azərbaycan Milli Məclisindən verilən məlumata görə, tədbirdə parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli iştirak edəcək.

Seminarda iş yerlərdəki təhlükələri azaltmaq üçün təhlükəsizlik və sağlamlıq qaydalarının gücləndirilməsi, iqtisadiyyatın bütün sahələrində işçilər üçün müvafiq iş mühitinin təmin edilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR