Bostonda terror törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bostonda terror törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
# 20 aprel 2013 03:11 (UTC +04:00)

Boston polisinin məlumatına görə o, Uotertaunda katerdə gizlənirmiş.

NBC telekanalının məlumatına əsasən, terrorçu sağdır, lakin ağır yaralıdır.

Onun saxlanılması barədə məlumat yayılandan sonra hadisə yerindəki kütlə əl çalmağa başlayıb.

CNN telekanalının məlumatına görə, C.Sarnayev ağır vəziyyətdə xəstəxanadadır.

Xatırladaq ki, Boston polisi bu terror aktını törətməkdə çeçen əsilli Sarnayev qardaşlarından şübhələnir. Qardaşlardan böyüyü 26 yaşlı Tamerlan Sarnayev bir gün əvvəl polislə atışmada qətlə yetirilib. 19 yaşlı Cövhər Sarnayev isə axtarışda idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR