Kamran İmanov: “Azərbaycanda son 10 ildə müəlliflik və əlaqəlik hüquqlarına əsaslanan göstəricilər 2,1%-dən 4,5%-ə qədər artıb”

Kamran İmanov: “Azərbaycanda son 10 ildə müəlliflik və əlaqəlik hüquqlarına əsaslanan göstəricilər 2,1%-dən 4,5%-ə qədər artıb”
# 19 iyun 2013 13:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda son 10 il ərzində müəlliflik və əlaqəlik hüquqlarına əsaslanan göstəricilər 2,1%-dən 4,5%-ə qədər artıb. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. O bildirib ki, əldə olunan nəticələr biliklərə əsaslanan cəmiyyətə keçməyə imkan verir.

K. İmanovun sözlərinə görə, əqli mülkiyyətin digər rolu ondan ibarətdir ki, öz mədəni əhəmiyyəti ilə yanaşı, informasiya cəmiyyətinin formalaşmasında böyük rol oynayır: “Bu səbəbdən “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası”nda bu bəndlər öz əksini tapıb. Xüsusilə qeyd olunub ki, əqli mülkiyyətlə bağlı rəqəmli hüquqlarının idarə edilməsi, 2020-ci il üçün internetdə tam şəkildə həyata keçirilməlidir”.

K. İmanov qeyd edib ki, kompüter proqramları ilə bağlı 9%, kitab nəşrində 21%, foto, video və CD qanunsuz satışında 16% azalma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR