İran Azərbaycan və Gürcüstana nümayəndə heyətləri göndərəcək

İran Azərbaycan və Gürcüstana nümayəndə heyətləri göndərəcək
# 14 oktyabr 2013 12:04 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Rəsmi Tehran Azərbaycan və Gürcüstanla iqtisadi əməkdaşlığın inkişafı üçün bu ölkələrə nümayəndə heyətləri göndərmək niyyətindədir. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Tehran Ticarət Palatasının sədri Yəhya əl-İshaq bildirib. O deyib ki, İran bu ölkələrlə iqtisadi əməkdaşlığını gücləndirmək niyyətindədir.

Yəhya əl-İshaq əlavə edib ki, İran Fars Körfəzi ölkələri və Əfqanıstanla da iqtisadi əlaqələri dərinləşdirmək istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR