Londonda keçiriləcək satış-sərgidə Azərbaycan rəssamlarının 10 işi nümayiş olunacaq

Londonda keçiriləcək satış-sərgidə Azərbaycan rəssamlarının 10 işi nümayiş olunacaq
# 17 mart 2014 12:44 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mart 27-dən aprelin 1-dək məşhur “Sotheby’s” hərrac evi Londonda Mərkəzi Asiya və Qafqaz ölkələri rəssamlarının əsərlərinin satış-sərgisini təşkil edəcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, “Yol ayrıcında: İstanbuldan Kabilə qədər müasir incəsənət” başlığı altında keçiriləcək sərgidə Mərkəzi Asiya respublikaları, İran, Türkiyə və Cənubi Qafqaz ölkələrindən müasir dövr rəssamlarının 60-a yaxın əsəri nümayiş olunacaq.

İkinci dəfədir dünyaca məşhur hərrac evində region ölkələrinin, o cümlədən Azərbaycanın müasir rəssamlarının əsərlərindən ibarət sərgi geniş auditoriyaya təqdim olunur. Budəfəki sərgidə Azərbaycan rəssamlarının 10 işi nümayiş olunacaq. Sərgidə üç nəsil rəssamlarımızın portret janrında əsərləri yer alacaq.

Tədbirin sponsoru “Pasha Bank”dır.

Qeyd edək ki, 2013-cü ilin martında “Sotheby” hərrac evi ilk dəfə Qafqaz və Mərkəzi Asiya ölkələrinin müasir incəsənət nümunələrinin satış-sərgisini təşkil etmişdi.

“Sotheby’s” 1744-cü ildən sənət əsərləri kolleksiyaçılarını öz ətrafında cəmləyir və dünyanın ilk beynəlxalq hərrac evidir. Hazırda “Sotheby’s” Nyu-York, London və Parisin onlarla satış mərkəzlərində hərraclar təşkil edir, 40 ölkədə 90-dan çox ofis şəbəkəsinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR